1. Qoca, çox yaşlı kişi, ixtiyar.
2. Məcazi mənada: ustad, müəllim.
Söz tamam oldu. Reyhan xanım kağızı aparıb gizlətdi. Xacə Abdulla çıxıb bayıra pir kişilərdən yığdı, məsləhət gördülər ki, Leyliyə elçi getsinlər, Qeysə alsınlar.
Yığışıb pir kişilər xacə Abdulla ilə birlikdə gəldilər Soltan Mahmudun hüzuruna. (“Leyli və Məcnun”)
Ocaq; müqəddəs sayılıb ziyarət edilən qəbir, ağac və s.
Göynən gedən beş-on durna,
Aparırlar pirə məni.
Məyər mən dəli olmuşam,
Aparırlar pirə məni?
(“Leyli və Məcnun”)
*
Xalq Mazannənə pirində iki qəbir qazıb, bu sevgililərin hərəsini birində dəfn elədi. (“Qurbani. Diri versiyası”)